"Azərbaycan Dəmir Yolları"nda yeni TƏYİNAT

18:00 - 2 Avqust 2023

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyinat olub.

 

Manset.az xəbər verir ki, bu vəzifə Aybəniz İsmayılovaya həvalə edilib.

O, bundan əvvəl 20 il müddətində BMT, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və digər nüfuzlu beynəlxalq təşkilatlarda çalışıb, eləcə də ictimai və biznes sektorunda dayanıqlı inkişaf, kommunikasiya, sosial həssas qruplarla və beynəlxalq donorlarla iş istiqamətində fəaliyyət göstərib.

A.ismayılova Qarabağ İcmasının və daha sonra Qarabağ Dirçəliş Fondunun beynəlxalq əlaqələr və fandreyzinq şöbəsinin rəhbəri kimi beynəlxalq konfraslarda və KİV-lərdə Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşən əhalinin vəziyyəti və qayıtmaq hüququ, Qarabağ mədəni irsinin təbliği ilə bağlı mütəmadi çıxışlar edib, "ASAN Radio" 100 FM-də “Qarabağnamə” media proqramının aparıcısı olub.

O, ictimai fəaliyyəti ilə seçilən peşəkar kimi doğulduğu Zəngilan rayonun icması ilə yaxından çalışır, “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzinin könüllü İdarəetmə Şurasının üzvü, Azərbaycan-Böyük Britaniya Məzunlar Birliyinin həmtəsisçisidir.

A.İsmayılova Xəzər Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, “Beynəlxalq hüquq” üzrə magistr məzundur. Böyük Britaniya Krallığının "Chevening" təqaüdünü qazanaraq Mançester Universitetində “Beynəlxalq inkişaf” ixtisası üzrə əlavə magistr dərəcəsi alıb. Fransanın INSEAD Universitetinin IHT ali idarəetmə proqramının məzunudur.

Ailəlidir, iki övladı var.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin