46 yaşlı qadını qətlə yetirdi, polisə təslim oldu - Hövsanda ŞOK CİNAYƏT

00:00 - 25 Avqust 2023

46 yaşlı qadını qətlə yetirdi, polisə təslim oldu - Hövsanda ŞOK CİNAYƏT

Avqustun 24-də 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseyinqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub.

Qeyd olunub ki, şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin