Məşhur sənətçi vəfat etdi - FOTO

23:03 - 9 Oktyabr 2023

Məşhur sənətçi vəfat etdi - FOTO

Bir müddət ağciyər xərçəngindən müalicə alan məşhur sənətçi Haluk Akakçe  vəfat edib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki,  53 yaşlı sənətçi  bu gün səhər saatlarında Nişantaşıdakı evində dünyasını dəyişib.

Yaxın dostu Tuba Ünsalın onu son ana qədər tək qoymadığı Haluk Akakçenin cənazəsi lazımi əməliyyatlar üçün Taksim İlk Yardım Xəstəxanasına aparılıb.

Qeyd edək ki, rəngarəng şəxsiyyəti ilə yanaşı, rəngarəng rəsmləri ilə də tanınan Haluk Akakçenin ictimai həyatdan çoxlu yaxın dostları olub. Akakçenin ölüm xəbəri bütün sevdiklərini və sənət ictimaiyyətini məyus edib.

Jalə

Manşet.az



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin