Lalə həmin gün Brilliantla yaşananlardan danışdı

22:54 - 10 Oktyabr 2023

Lalə həmin gün Brilliantla yaşananlardan danışdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Lalə Məmmədova illərdir küsülü olduğu Xalq artisti Brilliant Dadaşovanın ad gününə yollanaraq, barışıq addımı atıb. Həmin görüntülər isə sosial şəbəkədə birmənalı qarşılanmayıb. Velə ki, Dadaşovanın qarşı tərəfi soyuq qarşıladığı iddia olunub. 

 

Manset.az axşam.az-a istinadən bildirir ki, Lalə "İncə səhər" proqramında məsələyə münasibət bildirib. O, yazılan tənqidlərə reaksiya verib. İfaçı bildirib ki, onları stilist Elnur Həsənov və Dadaşovanın həyat yoldaşı, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev barışdırıb:

"Söylədilər ki, mənim Brilliant Dadaşova ilə barışmağım kənardan çox yaxşı görsənməyib, kimlərinsə xoşuna gəlməyib. Onları yazanlar bu hadisənin içərisində olmayan insanlardır. Siz nə bilə bilərsiniz ki, insanların içindən nələr keçir? Onlar belə şeylər yazmaqla çox tələsdilər. Brilliant xanımla yaxın rəfiqə olmamışam. Biz bir-birimizi tanımadan küsmüşdük. Əgər hər hansısa bir sözüm onun xətrinə dəyibsə, niyə ayıb olur ki, insandan gedib üzr istəməyim? Məni incidən mənasız bir şeylərin üstündə küsülülüyün davam etməsi idi.

Bu gün varıq, amma sabah bilmirik başımıza nə iş gələcək. Təki gözəl işlər gəlsin və həyatımızı gözəl yaşayaq. Brilliant xanımın həyat yoldaşı Ədalət bəy və mənim dostum Elnur sağ olsun, onlar bizim barışığımıza təkan oldular. Hər kəs bizim barışmağımıza sevinirdi. Əgər bizim barışığımız insanların gözünə başqa cür görsənibsə, yazmağa tələsməsinlər. Biz bir-birimizi tanımadan bu küsülülüyü davam etdirirdik. İnsanlar hər zaman söhbət etdikcə dumanlar aradan qalxır. Əsas odur ki, aramızdakı anlaşılmazlığı aradan götürdük. Gerisini isə həyat göstərəcək".

Qeyd edək ki, B.Dadaşova görünüşcə ona bənzədilən L.Məmmədova ilə danışmır. İfaçılar dəfələrlə bir-birinin ünvanına qalmaqallı açıqlama verib.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin