O həkimdən çıxıb, bu həkimə gedirəm, heç bir nəticə yoxdur - Xalq artisti

22:12 - 12 Oktyabr 2023

O həkimdən çıxıb, bu həkimə gedirəm, heç bir nəticə yoxdur - Xalq artisti

"Ayağımla bağlı bütün gün həkimlərdəyəm. O həkimdən çıxıb, bu həkimə gedirəm. Gah fizioterapiya, gah iynə terapiyası... Hələ ki canımla əlləşirəm. Nə bilim. Heç bir nəticə yoxdur..."

 

Manset.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib.

"Biri deyir ki, yaxşı olacaq, o biri deyir, əməliyyat lazımdır. Hərəsi bir söz deyir. Müalicə etdirirəm, görək axırı nə olacaq...", - o bildirib.

Xatırlatma: 10 il əvvəl yıxılaraq ayağından xəsarət alan Xalq artisti gec müalicə etdirdiyi üçün dizində ciddi fəsad yaranıb.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin