Zakir Həsənov Misirdə silahlara baxdı

19:12 - 4 Dekabr 2023

Zakir Həsənov Misirdə silahlara baxdı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir.

 

Bu barədə Manset.az-a  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının "Leonardo" şirkətinin, eləcə də Misirin "ARMADA" və "AOI" şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.

Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin