Səttar Möhbalıyev növbəti dəfə PARŞ-nin vitse-prezidenti seçildi - FOTOLAR

16:26 - 5 Dekabr 2023

Səttar Möhbalıyev növbəti dəfə PARŞ-nin vitse-prezidenti seçildi - FOTOLAR

Belçikanın paytaxtı Brüssel şəhərində Pan Avropa Regional Şurası (PARŞ) Baş Assambleyasının 5-ci iclası keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə PARŞ-nin 2019-2023-cü illər üzrə hesabatı dinlənilib və növbəti 4 il üçün fəaliyyət planı müzakirə edilib. Eləcə də PARŞ-nin prezidenti İrakli Petriaşvili və baş katibi Ester Lanç iclasda giriş nitqi söyləyiblər.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev ötən dövr ərzində PARŞ-nin fəaliyyətinə toxunub, işçilərin mənafeyi naminə Şuranın əhəmiyyətli qərarlarından, həyata keçirdiyi vacib layihələrdən, həmçinin həmkarlar ittifaqlarının həmrəyliyinin gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan danışıb. AHİK sədri qurumun gənclərlə apardığı işi və gender siyasətini xüsusi olaraq vurğulayıb. Səttar Möhbalıyev həmçinin AHİK-in PARŞ ilə birgə layihələri və Azərbaycanda keçirilən tədbirləri barədə məlumat verib. O eləcə də həmkarlar ittifaqlarının maarifləndirilməsi işinə müvafiq beynəlxalq təşkilatların mütəxəssislərinin cəlb edilməsinin vacibliyini qeyd edib və bu məsələnin Baş Assambleyanın gündəliyinə salınması təklifini irəli sürüb. Bildirib ki, bu istiqamətdə AHİK hər zaman olduğu kimi PARŞ-yə dəstək göstərməyə hazırdır.

Səttar Möhbalıyev qlobal səviyyədə transmilli korporasiyalarla sosial dialoq qurulmasında, həmçinin sosial ədalətlə bağlı problemlərin həll edilməsində müvafiq beynəlxalq təşkilatların dəstəyinə ehtiyac olduğunu qeyd edib.

Çıxışların və aparılan müzakirələrin ardından gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Həmçinin Baş Assambleyada PARŞ-nin yeni rəhbərliyi və tərkibi seçilib. Moldova Həmkarlar İttifaqları Konfederasiyasının sədri İqor Zubku Şuranın yeni prezidenti olub, Ester Lanç isə baş katib vəzifəsinə təsdiqlənib. AHİK sədri Səttar Möhbalıyev növbəti dəfə qurumun vitse-prezidenti seçilib.

Yenidən quruma vitse-prezident seçilməsinə görə minnətdarlığını çatdıran Səttar Möhbalıyev bunu Azərbaycan həmkarlar ittifaqlarının əməyinə verilən yüksək qiymət və etimad kimi dəyərləndirib.



Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin