Türkiyədə dələduzluqda şübhəli bilinən 109 nəfər saxlanıldı

22:11 - 30 Aprel 2024

Türkiyədə dələduzluqda şübhəli bilinən 109 nəfər saxlanıldı

Türkiyənin Afyonkarahisar, Nevşehir, Malatya və İzmir şəhərlərində təşkil edilən “Kibergöz-36” əməliyyatlarında 109 şübhəli saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin  daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib.

O, informasiya sistemlərindən istifadə edərək keyfiyyətli fırıldaqçılıq edənlərin əməllərinə davam etmələrinə fürsət yaratmayacaqlarını bildirib:

“Kiber cinayətlərə qarşı mübarizəmiz əzmlə davam edəcək əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm”.

Nazir qeyd edib ki, əməliyyatlar futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi haqqında qanuna qarşı çıxmaq, məlumat sistemlərindən istifadə etməklə qumar oyunları üçün yer və imkan təmin etmək, çirkili pulların yuyulması halları kimi cinayətlər törətməkdə şübhəli bilinən  şəxslərə qarşı keçirilib.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin