İrana başsağlığı göndərməyən yeganə ölkə səbəbini belə izah etdi

10:48 - 21 May 2024

İrana başsağlığı göndərməyən yeganə ölkə səbəbini belə izah etdi

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Abdullahiyan da daxil olmaqla 9 nəfərin həyatını itirdiyi helikopter qəzasından sonra dünya dövlətləri İrana başsağlığı verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ancaq 5 günlük milli matəm elan edilən İrana Avropa ölkəsi Litvadan fərqli açıqlama gəlib.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis sosial media hesabında İranın Ukraynada mülki şəxslərə qarşı istifadə edilən pilotsuz uçuş aparatlarını göndərdiyini xatırladaraq başsağlığı göndərməkdə tərəddüd etdiyini bildirib.

Landsbergis açıqlamasında "İran Ukraynada mülki şəxslərə qarşı istifadə edilən pilotsuz uçuş aparatlarını göndərərkən başsağlığı verməkdən çəkinirəm" sözlərini paylaşıb.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin