Keçmiş arvadının həyat yoldaşını və araya girən qadını öldürdü

14:05 - 1 May 2024

Keçmiş arvadının həyat yoldaşını və araya girən qadını öldürdü

Türkiyədə Çorumun İskilip rayonunda Murat C. adlı şəxs keçmiş arvadının ərini və araya girən başqa qadını bıçaqlayaraq öldürüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Beləki, Murat C. iki il əvvəl boşandığı Emine Sungurlu və onun həyat yoldaşı Fatih Sunqurlu ilə gecə saatlarında Ulaştepe Məhəlləsi Helvacı küçəsində qarşılaşıb.

Sungurlu ailəsi ilə Murat C. arasında mübahisə yaranıb.

Sungurlu cütlüyünün ziyarət etdiyi Ramazan Balaban və Şerife Balaban səsləri eşidərək küçəyə çıxıb və tərəfləri ayırmağa çalışıb. 

Bu sırada bıçaqla hücum edən Murat C, Fatih Sungurlu və Balaban cütlüyünü yaralayıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Fatih Sungurlu hadisə yerində həyatını itirib.

Müdaxilədən sonra Balaban cütlüyü təcili yardımla İskilip Atıf Hoca Dövlət Xəstəxanasına aparılıb.

Xəstəxanada edilən müdaxilələrə baxmayaraq Şerife Balabanı xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin