Ukrayna Rusiyanın 4 bölgəsinə hücum etdi

09:47 - 1 May 2024

Ukrayna Rusiyanın 4 bölgəsinə hücum etdi

Ukrayna Silahlı Qüvvələri altı pilotsuz uçan aparatı ilə Rusiya ərazisinə hücum etməyə cəhd edib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, PUA-lar Rusiya Federasiyasının dörd regionunda vurulub.

“Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən sıradan çıxarılaraq məhv edilib”, - məlumatda bildirilib.

Onlar qeyd ediblər ki, üç pilotsuz uçuş aparatı Voronej vilayəti, biri Ryazan vilayəti, biri Belqorod vilayəti, biri isə Kursk vilayəti ərazisi üzərində vurulub.

Daha əvvəl Voronej və Ryazan vilayətlərinin rəhbərləri Aleksandr Qusev və Pavel Malkov bildiriblər ki, itki və dağıntı yoxdur, xüsusi xidmət orqanları hadisə yerinə gəlib.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin