Robin van Persi bu klubunun baş məşqçisi olacaq

07:00 - 1 May 2024

Robin van Persi bu klubunun baş məşqçisi olacaq

Hollandiya millisinin sabiq hücumçusu Robin van Persi ölkəsinin "Herenven" klubunu çalışdıracaq.

 

Manset.az  report-a istinadən xəbər verir ki, tərəflər 2 illik müqavilə imzalayacaqlar.

40 yaşlı veteran futbolçu bu postda Kes van Vondereni əvəzləyəcək. "Herenven" Hollandiya çempionatında sona 3 tur qalmış 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Robin van Persi "Feyenoord", "Arsenal", "Mançester Yunayted" və "Fənərbağça" klublarının şərəfini qoruyub. Məşqçi kimi "Feyenoord"un gənclərdən ibarət komandasını çalışdırıb.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin