Bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq

21:56 - 21 May 2024

Bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin tələbindən irəli gələrək yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə mayın 24-dən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Manset.az-a bildirilib ki, qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin başlaması 2024-cü ilin iyul ayından etibarən planlaşdırılır.

Bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin