“Qarabağda televiziya yaradılsın və onun rəhbəri mən olum” - Brilliant Dadaşova

13:19 - 26 Dekabr 2023

“Qarabağda televiziya yaradılsın və onun rəhbəri mən olum” - Brilliant Dadaşova

“Çox istərdim ki, Qarabağda televiziya yaradılsın və onun rəhbəri mən olum”.

Bu sözləri Manset.az-a açıqlamasında Xalq artististi Brilyant Dadaşova bildirib:

“Şükürlər olsun ki, Qarabağımız işğaldan azad olundu. Orada yenidən gözəl yaşayış məskənləri salınır. İnanın ki, Bakıdakı sıxlıqdan bezmişəm. Böyük məmnuniyyətlə gedib orada yaşamaq istəyirəm. Arzulayıram ki, Qarabağda yeni televiziya yaradılsın, mən onun rəhbəri olum. Bu televiziyada bütün sahələrlə bağlı verilişlər yayımlayaq. Azərbaycançılıq ideyasını, mədəniyyətimizi, tariximizi və incəsənətimizi gözəl şəkildə təbliğ edək. Bu televiziya vasitəsi ilə Azərbaycanda və qonşu ölkələrdə yaşayan tamaşaçılarımıza maraqlı verilişlər yayımlayaq. Mən özüm də həmin televiziyada yayımlanan verilişlərdən birinin aparıcısı olardım. Özümdə bu potensialı hiss edirəm”.

 

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin