Vüqar efirdə AĞLADI: “Onlar məni əzib...”- VİDEO

20:27 - 26 Dekabr 2023

Vüqar efirdə AĞLADI: “Onlar məni əzib...”- VİDEO

"Televiziya çox təhlükəli sahədir. Sənət adamı, müğənni olmaq, efirə çıxmaq böyük təhlükədir. Çünki bir anın içində sənin bütün karyeran məhv ola bilər. Öz çapımda olan müğənniyəm. Neçə illər məni tamaşaçının gözündən salmağa çalışdılar və saldılar. Onlar öz reytinqləri xətrinə məni tamaşaçının gözündən saldılar. Emosionallığımdan istifadə etdilər. Məndə aqressiya yaratdılar. Bu səbəbdən səhnədən küsdüm, efirlərdən uzaqlaşdım, yaradıcılığımda yeniliklər etmədim". 

 

Manset.az  bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri "Bariton" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Vüqar Muradov qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Sənətçi bildirib ki, bir sıra aparıcılar və jurnalistlər reytinq naminə onu qalmaqallara qatıb, gözdən və nüfuzdan salıblar: 

"Tamaşaçı safdır və hər şeyə inanır. Mən də sənət fədaisi olmadığım və bəziləri kimi suyu üfürə-üfürə içə bilmədiyim üçün, bir az təkəbbürlü kimi çıxacaq, saflığım, emosionallığım, real həyatda, necəyəmsə, eləcə də efirdə olmağım mənim üçün neqativ oldu. Jurnalistlər öz karyeralarında qalxmaqları üçün məni əzməyə çalışdılar. Burada günah məndə deyil. Onların qurbanına çevrilmişdim. Vüqarı efirə müğənni kimi yox, qalmaqal etmək üçün çağırırdılar. Mən də "ləlöyün" kimi çıxırdım efirlərə. Yetər ki, efir olsun. Ətrafımda, yanımda mənə düzgün yol göstərən insan olmadığına görə məni yıxıb sürüdülər və gözdən saldılar. Tamaşaçı baxıb deyir ki, o, yekəxana və özündən razıdır". 

Başına gələn hadisələrdən sarsılan Vüqar sənətdən onu ayrı salan məsələlərdən danışaraq, göz yaşı axıdıb: 

"Biz sənətçilər ruh insanıyıq. Ona görə bizi idarə etmək çox asandır. Bizi incitməyin. Vicdansız olmaq asan məsələdir. İnsanda vicdanın olması yaxşı şeydir. Nələrsə üçün onu itirməyək. Acından ölməyəcəksiniz, çörəksiz qalmayacaqsınız. 30-40 minlik avtomobildən və bahalı görünməkdən ötrü insanların qüruru ilə oynamayın, vicdansızlıq etməyin. Şərəf və ləyaqətlə yaşamağa çalışaq. Var-dövlətim olmasa da, dünyanın xoşbəxti mənəm. Çünki canım sağlamdır, rahat nəfəs alıram, məni sevən ətrafımda 3-4 insan var. Məcbur deyilsiniz, nəyəsə görə insanları alçaltmağa, gözdən salmağa, əzməyə və tapdalamağa. Ömür o qədər qısadır ki, buradan çıxdın, yoxsan həyatda. Qısa ömrümüzü belə şeylərə həsr etməyək. Mən zəifəm, boynuma alıram. Verilişinizə çağırın, mahnılarımı oxuyum, deyib gülüm, söhbət edək, bağrıma basım. Baxmayın ki, iki metr boyum var... Məni rahat buraxın. Məni pis şeylərə görə verilişlərinə çağırmasınlar, tanımasınlar və saymasınlar. Məni yandıran odur ki, məndən sonra bu sənətə gələnlərin kifayət qədər toyu, məclisləri var amma... Tamaşaçılar məni kobud insan kimi tanıyır. Axı niyə karyerama toxundunuz? Çörəyimlə niyə oynadınız? Vüqarı qızışdırdınız və saldınız ortaya..." 


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin