Məşhur müğənninin ayağı kəsilə bilər - FOTO

18:59 - 29 Dekabr 2023

Məşhur müğənninin ayağı kəsilə bilər - FOTO

Türkiyənin pop musiqisinin məşhur adlarından olan Serdar Ortaç "Tiktok"da  canlı açaraq səhhəti ilə bağlı açıqlama verib.

 

Bu barədə Manset.az  Türkiyə mediasına istinadən xəbər verir. 

Gözəllik mərkəzinə gedən müğənni , depressiyada olduğunu və buraya  dostunun dəvətilə gəldiyini bildirib.

"Peşəsimə görə heç kimə pis görünmək istəmirəm, amma qulluq etmək mənim üçün işgəncədir" deyib.

Səhhətinin vəziyyəti ilə bağlı məlumat verən 53 yaşlı sənətçi, "ayaqqabılarımı tək başıma çıxarmaqda belə çətinlik çəkirəm, bu xəstəliyin müalicəsi yoxdur. Üç dəfə tutuşmuşam, dördüncü tutma olsa, bu təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. Görək, inşallah heç nə olmaz".

Səhnəyə çıxanda hər şeyi unudduğunu bildirən Ortaç, "Nə qədər depressiyaya düşsəm də, səhnədə hər şeyi unuduram. Bu il çox çalışdım və çox konsert verdim" deyib.

Jurnalistlər "Depressiyaya düşməyinizin səbəbi nədir?" sualına məşhur müğənni,  səbəbə olaraq, nə  sevgi nə də  boşanma olmadığını,  tək səbəb xəstəliyi olduğunu bildirib. O,  pandemiyada atasını və qardaşını itirdiyini, və buna dözə bilmədiyini deyib.

Jalə

Manşet.az



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin