“Şou-biznesdə estetik etdirməyən yeganə insan özüməm” - Kamilə Babayeva

09:00 - 31 Dekabr 2023

“Şou-biznesdə estetik etdirməyən yeganə insan özüməm” - Kamilə Babayeva

“İctimai TV”də yayımlanan “Maska” şousunun növbəti buraxılışı baş tutub. 

 

Manset.az Yenisabah.az-a istinadən xəbər verir ki, aparıcı Kamilə Babayeva “Cırtdan” obrazı ilə şou göstərən iştirakçının özü haqqında açıqladığı faktlar zamanı “Estetik əməliyyat etdirmişəm” sözlərinə münasibət bildirib.

Kamilə şou-biznesdə ondan başqa hamının estetik etdirdiyini vurğulayıb:

“Ümumiyyətlə şou-biznesdə, bu sahədə estetik əməliyyat etdirməyən yeganə insan məncə özüməm. Heç nə etdirməmişəm. Burnumu ömürboyu deyiblər, eləmədim. Düşünürəm ki, necə varam, elə də yaxşıyam. Belə də qəbul olunmuşam”.  

Əməkdar artist Coşqun Rəhimov isə onun açıqlamasına zarafatla “Çox nahaq, gərək elətdirərdin” deyə, qarşılıq verib. 


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin