PSJ-də ciddi itki

18:00 - 4 Yanvar 2024

PSJ-də ciddi itki

PSJ-nin mərkəz müdafiəçisi Milan Şkrinyar  bu mövsümün sonuna qədər meydana çıxmaya bilər. 

 

Manset.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, Fransa Superkubokunda “Tuluza”ya qarşı matçda (2:0) topuq biləyindən ciddi zədə alıb. Slovakiyalı futbolçu ən azı bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. Paris təmsilçisinin tibbi heyəti cərrahiyyə əməliyyatının zəruriliyi ilə bağlı qərar verərsə, Şkrinyar bu mövsümün sonuna kimi oynamaya bilər.

Şkrinyar ötən yay azad agent kimi "İnter"dən PSJ-yə keçib. Bu mövsüm müdafiəçi klubla bütün turnirlərdə 23 oyuna çıxıb və 1  qol vurub. Onun klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. 


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin