Azərbaycanın 3 parataekvondoçusu Paralimpiadaya lisenziya qazandı

21:56 - 12 Yanvar 2024

Azərbaycanın 3 parataekvondoçusu Paralimpiadaya lisenziya qazandı

Azərbaycanın 3 parataekvondoçusu Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

 

Manset.az  xəbər verir ki, bununla bağlı Dünya Taekvondosu rəsmi məktub göndərib. 

Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) reytinq cədvəlinə əsasən Paralimpiadaya vəsiqəyə sahib olub. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, “altılıq”da yer alacağı rəsmiləşib.

Parataekvondoçularımız Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin