Azərbaycan millisi son oyununa çıxacaq

10:28 - 14 Yanvar 2024

Azərbaycan millisi son oyununa çıxacaq

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxacaq.

 

Manset.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün ev sahibləri ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin