“Az, sən kimsən mənə cavab qaytarırsan?!” - VİDEO

00:42 - 25 Yanvar 2024

“Az, sən kimsən mənə cavab qaytarırsan?!” - VİDEO

Müğənni Vəfa Şərifova haqqında danışan həmkarlarına qeyzlənib.

 

Manset.az  yenisabah.az-a istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan ifaçı od püskürüb.

O, artıq səbr kasasının dolduğunu deyərək həmkarlarını təhdid edib:

"Hamısı çıxıb haqqımda danışır. Özümü müdafiə edəndə də deyirlər: "Az, sən kimsən, mənə cavab qaytarırsan?!" 

Mən cavab qaytarmıram, özümü müdafiə edirəm. Düşünürlər ki, susmalıyam. Bu özgüvən haradan gəlir? Özlərində bu haqqı hardan tapırlar, anlamıram... Fikirlərşirlər ki, biz hər şey deməliyik, amma Vəfa susmalıdır. Niyə?!

Mən nə qədər susa bilərəm?! İnsan bir yerə qədər dözür, ondan sonra partlayırsan. Səbr kasam artıq dolur! Mən danışanda pis danışacağam, hələ ki, susuram, səbr edirəm".


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin