Bankların məcmu kapitalın həcminə görə renkinqi

22:10 - 30 Yanvar 2024

Bankların məcmu kapitalın həcminə görə renkinqi

2023-cü ilin yekunlarına görə, Azərbaycan bankları arasında məcmu kapitalın həcminə görə Azərbaycan Beynəlxalq Bankı (ABB) birinci yer tutub.

 

Manset.az xəbər verir ki, maliyyə hesabatına görə, hesabat dövründə bankın məcmu kapitalının həcmi 1,675 milyard manat olub.

Renkinqdə ikinci yeri 907,6 milyon manat dəyərində məcmu kapitalla Kapital Bank tutub.

Üçüncü yerdə 870,7 milyon manat dəyərində məcmu kapitalla Pasha Bank, dördüncü yerdə 498,1 milyon manatla Xalq Bank qərarlaşıb. Beşinci yeri isə 174,3 milyon manat dəyərində məcmu kapitalla Bank Respublika tutub.

İlk üç bankın məcmu kapitalının həcmi 3,454 milyard manat olmaqla, siyahıdakı ilk 10 bankın məcmu kapitalının (4,87 milyard manat) 70,91 faizini, Azərbaycanın bütün banklarının məcmu kapitalının (5,93 milyard manat) isə 58,25 faizini təşkil edib.

Azərbaycan banklarının məcmu kapitalın həcminə görə renkinqi aşağıdakı kimidir:

  Banklar Məcmu kapital
1 International Bank 1,675 milyard manat
2 Kapital Bank 907,649 milyon manat
3 Pasha Bank 870,795 milyon manat
4 Xalq Bank 498,163 milyon manat
5 Bank Respublika 174,36 milyon manat
6 Premium Bank 170,987 milyon manat
7 UniBank 161,11 milyon manat
8 AccessBank 143,504 milyon manat
9 Bank of Baku 140,859 milyon manat
10 Expressbank 127,825 milyon manat
11 Rabita Bank 113,23 milyon manat
12 ZiraatBank 112,006 milyon manat
13 AzersenayeBank 111,647 milyon manat
14 YapikrediBank 88,187 milyon manat
15 Turan Bank 85,639 milyon manat
16 VTB Bank 83,638 milyon manat
17 Avrasiya Bank 79,216 milyon manat
18 AFB Bank 78,862 milyon manat
19 Azer–Turk Bank 78,557 milyon manat
20 Yelo Bank 61,377 milyon manat
21 Nakhichivan Bank 57,997 milyon manat
22 Bank Melli Iran 57,893 milyon manat
23 BTB Bank 50,977 milyon manat

Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin