"Rusiya Qafqazda bunu etməyə çalışacaq" - Akif Nağı

14:56 - 05 Mart 2025

\"Rusiya Qafqazda bunu etməyə çalışacaq\" - Akif Nağı

"Rusiya ABŞ ilə yaxınlaşmasından istifadə edərək Cənubi Qafqazda yenidən mövqeyini bərpa etməyə çalışa bilər".

 

Bunu Manset.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. O bildirib ki, hazırda iki ölkənin münasibətləri nisbətən yumşalır:

"Qarşılıqlı şəkildə müəyyən maraqları nəzərə alırlar. Belə görünür ki, ABŞ öz mövqeyini möhkəmləndirir və Rusiyanı öz tərəfinə çəkməyə çalışır. 

Rusiyanın Çinlə bir ittifaqda olması ABŞ-ni ciddi şəkildə narahat edir. Təsadüfi deyil ki, bu günlərdə ABŞ-nin dövlət katibi Marko Rubio belə bir açıqlama verdi ki, bu əsrin əsas aparıcı xətti ABŞ ilə Çin arasında münasibətlər olacaq. Yəni ABŞ-nin hədəfində daha çox Çindir və Çinin ətrafında kimlərinsə toplaşması onları narahat edir".

Akif Nağı onu da vurğulayıb ki, Rusiya Gürcüstanda mövqeyini yenidən bərpa etməyə çalışır:

"Ola bilər ki, Ermənistanda da proseslər getsin. İrəvan özü də Rusiya ilə münasibətləri yenidən qurmağa çalışır. 

Azərbaycan-Türkiyə tandemini nəzərə alsaq, Rusiyanın Azərbaycanda öz təsir imkanlarını artırması mümkün deyil. Azərbaycanın öz mövqeyi var və öz təhlükəsizliyini təmin etmək iqtidarındadır". 

 

Seyranə Quliyeva


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az