İllərdir məktəbli çantalarının ağırlığı cəmiyyətin əsas müzakirə mövzularından biridir. Həkimlərin də tövsiyələri ilə Azərbaycanda, əsasən, məktəbli çantaları valideynlər tərəfindən daşınır. Buna səbəb uşaqların bu ağırlığa daha az məruz qalmasıdır. Təbii ki, bunun qarşısını tam almaq yenə də mümkün deyil.
Manset.az ATV Xəbər-ə istinadən xəbər verir ki, vətəndaşlardan məktəbli çantaları seçərkən fikir verdikləri əsas nüans soruşulduqda onlar çantanın rəngi, forması və s. cavabını verirlər. Lakin burada əsas diqqət olunmalı məqam onun boş formada çəkisidir. Çünki bəzi məktəbli çantaları boş halda belə olduqca ağırdır.
Bəs mütəxəssislər bununla bağlı nə deyirlər?
Ətraflı süjetdə: