Xalq artistinin oğlundan paylaşım - "Mən yaxşı insan deyiləm" 

12:56 - 09 Yanvar 2026

Xalq artistinin oğlundan paylaşım - \"Mən yaxşı insan deyiləm\" 

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev paylaşımı ilə diqqət çəkib.


Manset.az -ın məlumatına görə, o, istirahət məqsədilə otelə getdiyini və bu müddətdə ona çoxsaylı mesajların gəldiyini bildirib. 

Paylaşımında qeyd edib ki, il ərzində cəmi bir dəfə istirahətə getməsinə baxmayaraq, ona “pul göndər”, “çörək göndər”, “dərman göndər” kimi müraciətlər edilib. O, bu vəziyyətdən yorulduğunu vurğulayaraq, səhifəsinin xeyriyyə məqsədli olmadığını və hər kəsə yardım etmək imkanında olmadığını açıqlayıb.

Statusunda həmçinin yazıb ki, özünün də adi bir insan olduğunu və hər kəsin özünə qarşı daha anlayışlı olmasını xahiş edir. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az