İran prezidentini aparan helikopterin qəzaya uğradığı məkan müəyyənləşib

23:48 - 19 May 2024

İran prezidentini aparan helikopterin qəzaya uğradığı məkan müəyyənləşib

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğradığı dəqiq məkan Şərqi Azərbaycan vilayətinin Vərzəqan rayonunun Ərdəşir və Bərazin kəndləri arasındadır.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin Baş Katibi Yaqub Suleymani deyib.

Ərazinin dumanlı və yağışlı olduğu bildirilir. Buna görə də axtarış əməliyyatı aparmaq çox çətindir.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az