“Qarabağ” “Partizan”ın qapıçısı ilə MARAQLANIR

20:09 - 31 May 2024

“Qarabağ” “Partizan”ın qapıçısı ilə MARAQLANIR

Serbiyanın “Partizan” klubunun qapıçısı Aleksandr Yovanoviç “Qarabağ”ın maraq dairəsindədir.

 

Manset.az Bizim.Media-ya istinadən  xəbər verir ki, Ağdam klubu hələ 31 yaşlı qapıçını ötən yay "Apollon"da(Limassol) çıxış etdiyi vaxtda almaq istəyib.

Lakin serbiyalı bu keçidə müsbət yanaşmayıb.

İndi isə “Qarabağ” onun üçün yenidən hərəkət edib. Qolkiperə Fransa Liqa 1 klublarından da təkliflər var.

2016-cı ildə Serbiya millisində bir oyun keçirmiş qolkiper “Rad”, “Donji Srem”, “Radniçki”, “Orhus”, “Hueska”, “Deportivo” klublarının da qapısını qoruyub. O, 2026-cı il iyunun 30-da qədər "Partizan"a məxsusdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az