Qırğızıstan Parlamentinin sədri Azərbaycandadır

23:01 - 03 İyun 2024

Qırğızıstan Parlamentinin sədri Azərbaycandadır

Qırğızıstan Parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti iyunun 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Manset.az  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qırğızıstan Parlamentinin sədri Nurlanbek Şakievi və nümayəndə heyətini Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Qırğızıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər qarşılayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az