Nazirin qadınla dialoqu maraqla qarşılandı - Video

13:28 - 06 İyun 2024

Nazirin qadınla dialoqu maraqla qarşılandı - Video

Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri çərçivəsində Urumçi və Kaşkar şəhərlərinə səfər edib.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli nazir Sincan-Uyğur Muxtar Rayonuna bu səfəri zamanı yerli sakinlərlə söhbət edib. 

H.Fidanın Kaşkarda gəzərkən yaşlı bir qadınla söhbəti isə xüsusilə diqqət çəkib. Qadın nazirə 80 yaşının və adının Emine olduğunu bildirib.

O, naziri televizordan tanıdığını qeyd edib. Tərəflər arasındakı səmimi dialoq sosial şəbəkələrdə maraqla qarşılanıb.

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az