Hakan Fidan Rusiyaya gedir

18:02 - 09 İyun 2024

Hakan Fidan Rusiyaya gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan 10-11 iyun tarixlərində Rusiyaya səfər edəcək. Nazir Moskvada ikitərəfli görüşlər keçirəcək, həmçinin iyunun 11-də Nijni Novqorodda BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində keçiriləcək BRİKS+ sessiyasında iştirak edəcək”, - məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az