Böyük Britaniya Ukraynaya 309 milyon dollarlıq yardım paketi verəcək.
Manset.az Baku. ws-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə hökumətinin saytında bildirilib.
"Britaniya 309 milyon dollar dəyərində daha bir maliyyə paketi təqdim edəcək", - deyə məlumatda qeyd olunub.
Bu vəsaitlərin Ukraynanın humanitar, enerji ehtiyaclarına xərclənəcəyi açıqlanıb.
Qeyd olunur ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak İtaliyada keçiriləcək G7 sammiti zamanı Kiyevə yardımı açıqlayacaq.