Rusiyada miqrantlarla bağlı yeni əmr - Daha sənəd də keçmir

15:10 - 20 İyun 2024

Rusiyada miqrantlarla bağlı yeni əmr - Daha sənəd də keçmir

Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") miqrantların rus dilini bildiklərinə dair sertifikatlarının olmasına rəğmən, rusca biliklərinin minimal olması hallarını nəzarətə alacaq.
 

Manset.az xəbər verir ki, əlavə yoxlanmaya xarici vətəndaşla bağlı şikayətlər səbəb olacaq. Ancaq miqrantla bağlı azı üç şikayət olmalıdır.

Bu hallar qurumun müvafiq əmrində yer alıb.

"Sonra onun (miqrantın) etibarlı şəhadətnaməsi olsa belə, yoxlama aparılacaq", - əmrdə deyilir.

Eyni zamanda, Dövlət Dumasına özəl təşkilatların miqrantlara rus dilini bildiklərini təsdiq edən sertifikatlar verməsini qadağan edən qanun layihəsi təqdim olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az