Öz “Patriot”unu Ukraynaya verəcək

17:27 - 20 İyun 2024

Öz “Patriot”unu Ukraynaya verəcək

Rumıniya sahib olduğu ABŞ istehsalı “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya verəcək.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rumıniyanın Ali Müdafiə Şurası bu barədə qərarı təsdiq edib. 

Bildirilir ki, sözügedən qərar Ukraynada təhlükəsizliklə bağlı vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsi nəzərə alınaraq verilib. 

Qeyd edək ki, “Defense Romania”nın məlumatına görə, hazırda Rumıniya 4 ədəd “Patriot” sisteminə sahibdir. Onlardan ikisi istifadə üçün hazırdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az