Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər əmirinin milli təhlükəsizlik üzrə müşaviri Məhəmməd bin Əhməd Əl-Misnəd ilə görüşüb.
Manset.az, Hikmət Hacıyev bu barədə öz "X" hesabında paylaşım edib.
"Bu gün qardaşım, Qətər əmirinin milli təhlükəsizlik üzrə müşaviri Məhəmməd bin Əhməd Əl-Misnəd ilə görüşdüm.
Biz ikitərəfli münasibətləri, eləcə də regionda və beynəlxalq arenada baş verən hadisələri müzakirə etdik", - deyə o bildirib.
Today I met with my brother Mohammed bin Ahmed Al-Misnad, National Security Adviser to the Emir of Qatar.
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 6, 2025
We discussed bilateral relations as well as the regional and international developments. pic.twitter.com/OFmV6cus93