Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydasında dəyişiklik edilib.
Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 ay müddətində ayda ən azı 20 saat olmaqla görüş təşkil ediləcək. Buna qədər belə görüşlər 2 ay müddətində ayda ən azı 40 saat olmaqla keçirilirdi.
Bundan başqa, valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 10 gün müddətində 6 saatadək qısalda bilər.
Dəyişiklikdən öncə, valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 gün müddətində 12 saatadək qısalda bilərdi.