Şuşa və Türküstan arasında qardaşlaşma Protokolu İMZALANDI

18:20 - 24 Avqust 2022

Şuşa və Türküstan arasında qardaşlaşma Protokolu İMZALANDI

Azərbaycanla Qazaxıstan arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” imzalanıb.

Manset.az xəbər verir ki, imzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da var.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda rəsmi səfərdədir. Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az