Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

20:09 - 25 Avqust 2022

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib.

Manset.az xəbər verir ki, təbrik məktubunda deyilir :

Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz dövlətlərimiz arasında bu il müttəfiqliyin yeni səviyyəsinə çıxan münasibətlərin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Əminəm ki, bir çox istiqamətlər üzrə ikitərəfli konstruktiv əlaqələr, xalqlarımızın dostluğu bundan sonra da möhkəmlənəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və uğurlar arzulayıram. Səmimi salamlarımı İlham Heydər oğluna və bütün ailənizə çatdırmağınızı xahiş edirəm.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az