“Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir”.
Manset.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.