Anar Kərimovdan yaradıcı birliklər və ittifaqlarla bağlı maraqlı AÇIQLAMA

11:53 - 20 Sentyabr 2022

Anar Kərimovdan yaradıcı birliklər və ittifaqlarla bağlı maraqlı AÇIQLAMA

"Hesab edirik ki, dövlət qurumu kimi yaradıcı birliklərə, ittifaqlara müdaxilə etmədən onlara yaradıcı mühit, şərait yaratmalıyıq".

 

Manset.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, Azərbaycan artıq özünün ən önəmli dövrünü yaşayır: "44 günlük müharibədən, torpaqlar azad ediləndən sonra Azərbaycan dövləti qarşısında ərazilərin dirçəldilməsi kimi müqəddəs vəzifə durur".

O bildirib ki, ən önəmli prosesdən biri də mədəniyyətin dirçəldilməsi, adət-ənənələrin həmin torpaqlara qaytarılmasıdır: "Bu gün artıq yaradıcılığın və mədəni dirçəlməninin iqtisadi tərəfini düşünmək lazımdır. Çünki hər yaradıcı insanı yaradıcılığın davamlı olması üçün məsələnin iqtisadi tərəfi də maraqlandırır. Bugünkü tədbir də buna həsr olunub".

Nazir vurğulayıb ki, yaradıcı sənayelərin iqtisadiyyata tövhəsi daim gündəmdədir: "2030-cu il üçün prioritet sahələrdən biri də yaradıcı sənayelərdir. Ən vacib məqsədlərimizdən biri yaradıcı sənayelərə özəl sektor tərəfindən investisiya cəlb etmək, vergi güzəştlərinin göstərilməsidir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az