Bazar günü İtaliyada keçiriləcək seçkilərdə Forza İtaliya partiyasının lideri olaraq seçkilərə girəcək Silvio Berluskoni Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı dəyərləndirmə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Berluskoni bu barədə deyib:
“Putini Rusiya cəmiyyəti, öz partiyası, öz nazirləri “xüsusi əməliyyat” keçirməyə məcbur etdilər. Qoşunlar bir həftə ərzində Kiyevə gəlməli, Zelenski hökumətini “yaxşı insanlar”dan ibarət hökumət ilə əvəz etməli və bir həftə sonra geri qayıtmalı idi. Əvəzində onlar Ukraynada Qərbdən hər cür silah dəstəyi olan gözlənilməz müqavimətlə üzləşdilər”.