Prezidentin xüsusi nümayəndəsi: “Bizi Qarabağa geri qaytaran şəhidlərimizi qürurla yad edirik” - VİDEO

23:02 - 26 Sentyabr 2022

Prezidentin xüsusi nümayəndəsi: “Bizi Qarabağa geri qaytaran şəhidlərimizi qürurla yad edirik” - VİDEO

“Bizi doğma Qarabağımıza geri qaytaran şəhidlərimizi qürur hissi ilə yad edirik”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”də yazıb.

"Sinələrini düşmən qarşısında sipər edənlərin, canını vətən torpağı uğrunda fəda edənlərin - şəhidlərimizin günüdür bu gün. Bizi doğma Qarabağımıza geri qaytaran, hər zaman bayrağımızı vətənin torpağına sancmağı bacaran şəhidlərimizi qürur hissi ilə yad edirik!”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az