Gələn ay Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşü keçiriləcək

14:08 - 06 Oktyabr 2022

Gələn ay Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşü keçiriləcək

Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı qeyd edilib.

Bildirilib ki, söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az