Azad edilmiş ərazilərdə şəhərlərin baş planı 2022‒2024-cü illərdə təsdiqlənəcək

18:31 - 16 Noyabr 2022

Azad edilmiş ərazilərdə şəhərlərin baş planı 2022‒2024-cü illərdə təsdiqlənəcək

Azərbaycan Respublikasının azad edilmiş ərazilərində 2022-2024-cü illərdə şəhərlərin baş və müfəssəl planları hazırlanacaq.

 

Manset.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” ilə birgə 2022‒2024-cü illərdə 7 şəhərin baş planının və mərkəz hissəsinin müfəssəl planının təsdiq edilməsini təmin etməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az