İlham Əliyevlə xanımı Salyana getdi

13:33 - 18 Aprel 2023

İlham Əliyevlə xanımı Salyana getdi

Aprelin 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.

 

Manset.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Salyan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az