İsrailin xarici işlər naziri Azərbaycana gəlir

14:11 - 18 Aprel 2023

İsrailin xarici işlər naziri Azərbaycana gəlir

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana səfərə yola düşüb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, naziri səfərdə İsrailin kibertəhlükəsizlik, daxili təhlükəsizlik, su təchizatı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Bundan əlavə, Eli Kohen Bakının yəhudi icmasının nümayəndələri ilə görüşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az