Paşinyan 44 günlük müharibə ilə bağlı sorğulandığını etiraf etdi

17:41 - 18 Aprel 2023

Paşinyan 44 günlük müharibə ilə bağlı sorğulandığını etiraf etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanətlə bağlı cinayət işi çərçivəsində ifadə verib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, o, bunu Ermənistan parlamentində hökumətin 2022-ci il proqramının icrasına dair hesabatın müzakirəsində bildirib.

“Bəli, mən əhatəli sorğulanmışam. Nə qədər lazımdırsa, o qədər də sorğulayacaqlar”, - o vurğulayıb.

Paşinyan müxalifəti 44 günlük müharibəni araşdıran komissiyanın iclasında iştirak etməyə çağırıb: “Sizə müraciət edirəm: gəlin və məni komissiyada sorğulayın”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az