Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞPA-nın yaz sessiyasında noyabrın 10-da üçtərəfli bəyanata zidd olaraq Ermənistan tərəfinin Laçın yolundan sistemli şəkildə sui-istifadə etməsindən danışıb.
Manset.az xəbər verir ki, Milli Məclisin deputatı çıxışında deyib:
“Ermənistan Laçın yolundan qeyri-qanuni hərbi məqsədlər üçün, o cümlədən Azərbaycan ərazisində qanunsuz yerləşdirilməkdə davam edən silahlı qüvvələrin şəxsi heyətinin rotasiyasını həyata keçirmək üçün istifadə edir. Aydındır ki, bütün bu minalar ermənilər tərəfindən Azərbaycan ərazisinə keçirilib. Laçın yolu ilə. Yoldan qeyri-qanuni məqsədlər üçün sistemli şəkildə sui-istifadə edildiyinə görə Azərbaycan hökuməti Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın suveren hüququna tam uyğun olan sərhəd-keçid məntəqəsinin yaradılması barədə qərar qəbul edib. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulmuş sərhədlərinə nəzarət etsin.”