Fransalı nazir Ermənistan-Azərbaycan sərhədində - FOTOLAR

12:47 - 28 Aprel 2023

Fransalı nazir Ermənistan-Azərbaycan sərhədində - FOTOLAR

İrəvanda səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gedib.

 

Manset.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, nazir Cermukda (İstisu) Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının fəaliyyəti ilə tanış olub.

“Bu mülki missiya sayəsində Aİ-yə üzv ölkələr üçün faydalı məlumatı yerində əldə etmək mümkündür. Bu, silahlı deyil, müşahidə missiyadır, burada məqsəd vəziyyəti müşahidə etməkdir. İstənilən halda onların mövcudluğu gərginliyi azaltmaq üçün imkan yaradır”, - deyə Kolonna qeyd edib.

Qeyd edək ki, Katrin Kolonna aprelin 27-si Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az