Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası başa çatıb

13:27 - 16 Avqust 2024

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası başa çatıb

Naxçıvan Muxtar respublikası Ali Məclisinin növbədənkənar sessiyası yekunlaşıb.

 

Manset.az Report.az-a istinadən  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası avqustun 16-da keçirilən iclasdan sonra başa çatıb.

Ali Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanunlarına təklif olunan dəyişikliklər müzakirə edilib.

Qeyd edilən məsələlər ətrafında çıxışlardan sonra layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbil olunub.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az