Bakı metrosunda üztanıma texnologiyası əsasında gedişhaqqı ödəniş sisteminin tətbiqi müzakirə edilir.
Manset.az xəbər verir ki, bu barədə "AzInTelecom"un kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev məlumat verib.
Onun sözlərinə görə, artıq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC ilə birlikdə üz tanıma texnologiyasından istifadəni nəzərdə tutan ödəniş sisteminin inteqrasiyasına da start verilib.
Fərrux Fərəcullayev bildirib ki, yerüstü nəqliyyatda, xüsusilə avtobuslarda sistemin işləməsi çətindir:
"Hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər nəzərə alınmalıdır. Buna görə də əvvəlcə sınaqlar aparılacaq, daha sonra yekun qərar veriləcək".